Bakı həbsxanasında ölüm: İki polisi bıçaqlamışdı
- 21.07.2023, 09:46,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda həbsxanada daha bir məhkum ölüb.
Telexeber.az "Lent.az"a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məhkum Mehman Solovyov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü iddia edilir.
Qeyd edək ki, M.Solovyov 2017-ci ildə həbs edilib.
Onun tutulması üçün polis əməliyyat keçirərkən müqavimətlə qarşılaşıb. Əvvəllər məhkum olunmuş Mehman Solovyov Şirvan polisinin iki əməkdaşını bıçaqlayıb.