Bakıda işçi 5-ci mərtəbədən yıxılaraq öldü

Bakıda 5-ci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.

Telexeber.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramovun 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Популярный ролик