Alimpaşa Məmmədovun məhkəmə prosesi təxirə salındı
- 04.10.2023, 08:25,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
Telexeber.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi oktyabrın 17-nə təxirə salınıb.
Qeyd edək ki, bundan öncəki prosesdə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.