Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Noyabrın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Популярный ролик