Lerikdə avtomobil çaya aşdı, ölən var

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Telexeber.az-a verilən məlumata görə, fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb. Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик