Toydan çıxan 2 qadını maşın vurdu, biri öldü
- 06.05.2024, 10:07,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda ağır yol qəzası baş verib.
Telexeber.az xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.
Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.
Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.