Azərbaycanda həkim vəfat etdi - FOTO
- 14.05.2024, 12:25,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.
Telexeber.az "Aztibb.az"-a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçmişdi.
O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışırdı.