Tuneldə boğulan ikinci şəxsin meyiti tapıldı
- 23.10.2024, 08:25,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə boğulan ikinci şəxsin cəsədi tapılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.