Xaçmazda ikimərtəbəli yaşayış evi yandı

Xaçmazda ikimərtəbəli yaşayış evi yandıXaçmaz rayonunda yaşayış evi yanıb.

Telexeber.az Apa-ya istinadən xəbər verirki, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

Kənd sakini İslam Musayevə məxsus ikimərtəbəli evdə başlayan yanğını söndürmək üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.
Популярный ролик