Naxçıvanda zəncirvari qəza - Xəsarət alan var
- 17.03.2025, 13:53,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub. Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
