Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldıAvtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev və Salyan rayon sakini R.Məmmədov saxlanılıb.

Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Популярный ролик