Bakıda üzərində odlu silah gəzdirən Nardaran sakini saxlanılıb
- 16.05.2020, 07:08,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177 və 234-cü maddələrlə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona “baba yadigarı” olduğunu bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.
Faktla bağlı başlanmış cinayət işi şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.