Sadıq Sadıqov vəfat etdi
- 06.06.2026, 13:47,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
Telexeber.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib. Sadıq Sadıqov 60 yaşında ürək tutmasından dünyasını dəyişib.
Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.