4 yaşlı uşağı motosiklet vuraraq öldürdü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, motosiklet sürücüsü 4 yaşlı oğlanı vurub.

Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик