Cinayət törədən 83 nəfər saxlanıldı

İyunun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Популярный ролик