"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs edildi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət alması ilə bağlı təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Telexeber.az xəbər verir ki, məhkəmənin hökmü ilə İlduzə Hacıyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.
Популярный ролик