Zərdabda maşın yol kənarındakı maneəyə çırpıldı - Yaralılar var

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.



Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər - sürücü Q. Vahidov, sərnişinlər Ə. Əzizov, E. Ömərov və C. Ağayev xəsarətlər alıblar.

Fakt araşdırılır.
Популярный ролик