Maşın idarəetmədən çıxaraq elektrik dirəyinə çırpıldı - Yaralanan var
- 21.07.2026, 11:55,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.