Bakıda 18 yaşlı qız sevgilisini bıçaqladı

Bakıda 18 yaşlı qız sevgilisini bıçaqladıBakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi hazırlıq iclası keçirilib.

Telexeber.az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Abşeron rayonu, Atyalı yaşayış massivində baş verib.

1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.

Gülşən Mustafayevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.
Популярный ролик