Mənzil qarət edən dəstə həbs edilib
- 09.03.2021, 16:58,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayon sakini olan bir şəxs mart ayının 7-də Türkmən kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə RPŞ-yə ərizə ilə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Telexeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri - Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintiqa cəlb olunublar. Oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manat civarında ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.