Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən istiqamətdə baş verib.
“Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan “Opel” yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.
Daha sonra “Opel” dərəyə aşıb, sürücüsü isə hadisə yerində ölüb.