Bakıda kütləvi dava: İki qardaşa 9 bıçaq zərbəsi vuruldu - VİDEO

Bakıda kütləvi dava: İki qardaşa 9 bıçaq zərbəsi vuruldu - VİDEOBakının Nərimanov Rayonunda kütləvi dava zamanı iki nəfər ağır xəsarət alıb.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən köşkdə qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 1992-ci il təvəllüdlü Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.

Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağırdır, onu özəl klinikaların birinə yerləşdiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
Популярный ролик