Daha 98 cinayətin üstü “isti izlər”lə açılıb

Daha 98 cinayətin üstü “isti izlər”lə açılıbRespublikanın daxili işlər orqanları tərəfindən şənbə və bazar günü törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılıb.

Telexeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb.

Qeyd olunub ki, narkotiklərlə əlaqəli 56, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
Популярный ролик