Başını kəsib futbol oynadılar
- 07.05.2019, 19:15,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Sverdlovsk şəhərində bir nəfərin başını kəsərək futbol oynayan 2 şəxs məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum olunub.
Beş.az teleqraf.com-a istinadən xəbər verir ki, məhkəmənin qərarını ədalətsiz hesab təqsirləndirilənlər buna etiraz ediblər.
Keçən ilin avqust ayında baş verən hadisə zamanı 2 nəfər 36 yaşlı Oleq Tyulkini vəhşicəsinə öldürərəkŞ əvvəlcə başını kəsiblər, sonra bədənini hissələrə parçalayıblar. Gecə törədilən cinayətin fotolarını çəkib internetdə Tyulkinin dostlarına göndərən qatillər daha sonra kəsdikləri başla futbol oynayıblar.
Cinayətkarlar hadisə yerində saxlanılıb.
Həmin şəxslər cinayəti narkotik maddənin təsiri altında törətdiklərini və hadisəni xatırlamadıqlarını bildiriblər.