Şəkidəki intiharın səbəbi məlum oldu - Saxlanılan var
- 19.05.2022, 09:04,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 8-i saat 22 radələində rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Telexeber.az-a Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.
17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.