Evlənmə təklifi aldığına sevinə bilmədi - Sən demə nişan üzüyü...
- 11.05.2019, 10:00,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Adını vermək istəməyən bir "Facebook" istifadəçisi qrupda sevgilisinin ona evlənmə təklif etdiyi üzüyü paylaşıb.
BEŞ.AZ metbuat.az-a istinadla bildirir ki, insanların nişan üzüklərini paylaşdığı və bu üzüklərin bir növ məsxərəyə qoyulduğu "Mən bu üzüyü yerə vuraram" adlı "Facebook" qrupunda adını açıqlamaq istəməyən qadın sevgilisinin ona hədiyyə etdiyi üzüyü paylaşıb.
Üzükdən çox qadının yazdıqları izləyicilərin diqqətini çəkib.
"Köhnə sevgilim mənə bu üzüklə evlənmə təklif etdi. Sən demə bu üzüyü ən yaxın dostunun anasından oğurlayıb.Ən yaxın dostu görənə qədər mən də bilmirdim" yazan qadının paylaşımı izləyiciləri özündən çıxarıb.
Paylaşıma çox sayda şərhlər gəlib. İzləyicilər "Əgər üzüyün oğurluq olduğunu bilirsənsə onu niyə geri qaytarmırsan?" , "o üzüyü hələ də taxdığına inana bilmirəm", "sənin köhnə sevgilin çox rəzil bir insandır" kimi şərhlər bildiriblər.