Norveçli turist xilas etdiyi küçüyün dişləyindən öldü

Norveçli turist xilas etdiyi küçüyün dişləyindən öldü



Norveçli turist Birqitta Kallestad istirahət zamanı xilas etdiyi küçük tərəfindən dişlənildikdən sonra quduzluqdan ölüb.

Beş.az oxu.az-a istinadən bildirir ki, 24 yaşlı qız bu ilin mart ayında Filippinə istirahətə yollanıb və küçələrin birində kimsəsiz küçük tapıb. Birqitta həmin vaxt yoldaşları ilə mopeddə gedirdi və küçüyü özü ilə götürmək qərarına gəlib.

Bu zaman it onu yüngülcə dişləyib. Yaralar dərin olmadığı üçün qız həkimə müraciət etmədən, yaranı özü təmizləyib.

Evə qayıtdıqdan iki ay sonra isə Birqitta özünü pis hiss etməyə başlayıb, vəziyyəti tədricən ağırlaşıb. Xəstəxanaya çatdırıldıqdan sonra, həkimlər qızda quduzluq xəstəliyi aşkar ediblər. Mayın 6-da isə qız dünyasını dəyişib.
Популярный ролик