''Sədərək''də 30 minlik basqını törədənlər sahibkarı izləyirmiş - Hadisənin TƏFƏRRÜATLARI

''Sədərək''də 30 minlik basqını törədənlər sahibkarı izləyirmiş - Hadisənin TƏFƏRRÜATLARIBakıda mağazada satıcı və müştərilər gedən kimi obyektə basqın edilib, sahibkara ağır xəsarətlər yetirilib.

Hadisə paytaxtın Qaradağ rayonu, ''Sədərək'' Ticarət Mərkəzində qeydə alınıb.

Təsərrüfat malları satılan mağazalardan birinə basqın edən naməlum şəxs və ya şəxslər sahibkarı döyüb, obyektdən külli miqdarda pul aparıblar.

Telexeber.az xəbər verir ki, zərərçəkmiş Şakir Ağayevin övladlarının "Xəzər Xəbər"ə verdikləri məlumata görə, hadisə axşam saatlarında satıcılar getdikdən sonra, ataları mağazada tək olarkən baş verib.


Şakir Ağayevlə qonşu mağazada işləyənlər də bildirdilər ki, naməlum şəxs və ya şəxslər onu izləyib, bu cinayəti törədiblər.

Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, məlumat daxil olan kimi yaralı Şakir Ağayevə ilk tibbi yardımı ticarət mərkəzinin əməkdaşları göstəriblər. Daha sonra o xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.

Həmin mağazanın qarşısında təhlükəsizlik kamerası olmasa da, ticarət mərkəzinin ümumi ərazisində kameralar var.

Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb, bu əməli törədən şəxs və ya şəxslərin axtarışı aparılır.
Популярный ролик