Abşeronda ağır qəza - Ölən var
- 22.11.2022, 08:58,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Telexeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.