"Qarabağ"ın potensial rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.


Telexeber.az xəbər verir ki, Ağdam təmsilçisi II raundda Polşa "Rakuv"unu mübarizədən kənarlaşdırsa, Kipr "Aris"i ilə qarşılaşacaq.

Limasol klubu II mərhələdə Belarus BATE-sini keçib. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da Borisov təmsilçisinə heç bir şans verməyib - 5:3.

Qeyd edək ki, "Qarabağ" Polşadakı görüşdə "Rakuv"a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.
Популярный ролик