"Neftçi" "Səbail"i məğlub etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail"i məğlub edib.
Telexeber.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Filip Ozobiç (17) və Elvin Camalov (29) fərqləniblər. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - onuncudur.