"Barselona"nın futbolçusu Fransa klubundan təklif alıb
Facebook
Вконтакте
Одноклассники
Google+
"Barselona"nın müdafiəçisi Samuel Umtiti mövsümün sonunda Fransaya qayıda bilər.
Telexeber.az Apasport-a istinadən xəbər verir ki, PSJ ulduz futbolçunun transferində israrlıdır.
Mövsümün sonunda kapitanı Tiaqo Silva ilə yollarını ayıracaq Paris təmsilçisi Umtitini ona alternativ qismində görür. 27 yaşlı mərkəz müdafiəçisini Kataloniya klubu da satmağın əleyhinə deyil. Lakin ispanlar bu keçiddən ən azı 50 milyon avroluq gəlir götürmək niyyətindədirlər.
Qeyd edək ki, Samuel Umtiti "Barselona"ya 2016-cı ildə "Lion"dan keçib.