"Yuventus" 75 milyona hücumçu alır
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın "Yuventus" futbol klubu heyətini norveçli Erling Haalandla gücləndirmək niyətindədir.
Telexeber.az xəbər verir ki, Turin klubu "Borusiya Dortmund"da forma geyinən gənc hücumçu üçün sərbəst qalma təzminatı olan 75 milyon avronu ödəməyə hazırdır.
Klubu ilə 2024-cü ilə qədər müqaviləsi olan 19 yaşlı futbolçu ilə "Real Madrid" də yaxından maraqlanır. "Tuttosport" nəşri isə onun İtaliyada çıxış etmə ehtimalının yüksək olduğunu yazıb.
Qeyd edək ki, Haaland klubu ilə bu mövsüm 34 oyunda meydana çıxıb, 41 qol vurub, 10 qolun ötürməsini edib.