Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Telexeber.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.

"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.

Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Популярный ролик