Türkiyə millisinə həsr olunan himnin adı diqqət çəkdi

Türkiyə millisinin 2026-cı il FIFA Dünya Kubokuna hazırlıqları davam etdiyi bir vaxtda siyasət və incəsənət sahəsindən diqqətçəkən dəstək addımı atılıb.
Telexeber.az xəbər verir ki,MHP lideri Dövlət Baxçalının təşəbbüsü ilə sənətçi Əhməd Öngel milli komanda üçün xüsusi himn bəstələyib. “Sizin arxanızdayıq” adlı bu əsərin komandanın dünya arenasındakı mübarizəsinə mənəvi dəstək məqsədi daşıdığı bildirilir.

MHP-nin sosial media hesabında yayılan açıqlamada da qeyd olunub ki, Dövlət Baxçalının xahişi əsasında hazırlanan himn milli komandaya həsr edilib və “Sizin arxanızdayıq” adını daşıyır.
Популярный ролик