"Rəqibin kim olmasının mənim üçün fərqi yoxdur" - Tahir Abdullayev


"Çox şadam ki, UFC-dəyəm. Azərbaycanda döyüşməyim də məni çox sevindirir. Azərbaycan xalqının öz döyüşçülərinə dəstək verməsi isə xüsusilə xoşdur".
Telexeber.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Tahir Abdullayev söyləyib.

O, rəqibi ilə bağlı fikirlərini də bölüşüb:

"Rəqibim güləşdə məndən üstün deyil. Mən döyüşlərdə güləşməyi çox sevmirəm, üstünlüyü daha çox əl-ayaq döyüşünə verirəm. Amma lazım olsa, güləşdə də gücümü göstərə bilərəm. Əvvəl mənə Əbu-Dabidə döyüşəcəyimi demişdilər, sonra xəbər verdilər ki, qarşılaşma Bakıda olacaq. Rəqibin kim olmasının isə mənim üçün fərqi yoxdur, biz döyüşəcəyik".

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Популярный ролик