Fərman Həsənov: "Rəqib yaxşı idi və yaxşı hazırlaşmışdı"
Facebook
Вконтакте
Одноклассники
Google+

"İlk döyüşüm UFC-də və vətənimdə oldu. Bu, mənim üçün böyük motivasiyadır. Qələbə ilə başa vurmaq qürurverici hissdir. Başımı qaldırıb millətimi görəndə duyğularımın pis olması mümkün deyildi".
Telexeber.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Fərman Həsənov döyüşdən sonrakı mətbuat konfransında deyib.
O bildirib ki, qəfəsin içində yalnız qələbə haqqında düşünürdü:
"Döyüşü vaxtından əvvəl bitirməyi düşünürdüm. Sadəcə, döyüşdən əvvəlki həftə bir qədər xəstələndim. Bu həftə çəkini daha yaxşı verdik və qalib gəldik. Planımız döyüşü vaxtından əvvəl başa vurmaq idi. Yenə də hər üç raundda üstün oldum. Əsas olan da budur. Rəqib yaxşı idi və yaxşı hazırlaşmışdı".
Qeyd edək ki, UFC tədbirində ilkin karta yekun vurulub. İlk mərhələnin son döyüşü yarımorta çəki dərəcəsində baş tutub. Azərbaycan təmsilçisi Fərman Həsənov braziliyalı rəqibi Erik Nolan üzərində qələbə qazanıb.
Əlavə edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev və Manuel Torres qarşılaşacaq.