Tahir Abdullayev: "Rəqibimə deyirdim ki, qız kimi qaçma, kişi kimi döyüşək"
Facebook
Вконтакте
Одноклассники
Google+

“Rəqibə birinci və ikinci raundların ortalarında deyirdim ki, qız kimi qaçma, gəl kişi kimi döyüşək”.
Telexeber.az-ın məlumatına görə, bunu UFC döyüşçüsü Tahir Abdullayev döyüşdən sonrakı mətbuat konfransında bildirib.
O qeyd edib ki, döyüşlərə hər zaman Mehter marşı ilə çıxıb:
“Qələbəni bütün Azərbaycan xalqına, eləcə də özümə həsr edirəm. Rəqibimin ancaq qaçacağını bilirdim. Döyüşün Azərbaycanda keçirilməsi də qələbəmə təsir etdi. Çünki burada uduzmaq şansım yox idi.
Növbəti rəqibim hələ ki planımda yoxdur. Bir qədər istirahət edəcəyəm. Biz rəqib seçmirik, bizi rəqiblərlə qarşılaşdırırlar.
Bizim bizdən başqa heç kimimiz yoxdur. Bir-birimizə dəstək olaq”.
Qeyd edək ki, Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” turniri ilkin kartın döyüşləri ilə başlayıb. Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı rəqibi Cefferson Nasimentonu nokautla məğlub edib.