Türkiyə klubu "Qarabağ"ın bu futbolçusunu istəyir

Türkiyənin "Göztəpə" klubu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi transfer etmək istəyir.
Telexeber.az xəbər verir ki, klub yeni mövsüm öncəsi müdafiəçi axtarışlarını davam etdirir və əsas namizədlərdən biri Azərbaycan millisinin üzvüdür. "Haber Global"ın məlumatına görə, "Göztəpə" "Qarabağ"a təklif göndərməyə hazırlaşır. Bildirilir ki, Elvin Cəfərquliyev də karyerasını Türkiyədə davam etdirməyə müsbət yanaşır.

Qeyd edək ki, Elvin Cəfərquliyevin "Qarabağ"la müqaviləsi 2027-ci ildə yekunlaşır. Ağdam təmsilçisi isə futbolçunu yalnız transfer haqqı qarşılığında buraxmağa razıdır.
Популярный ролик