"Qarabağ"ın oyunu italiyalılara həvalə olundu

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" klubuna qarşı keçirəcəyi hər iki oyunun hakimləri bəlli olub.

Telexeber.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.


Bakıda keçiriləcək ilk matçı Daniele Çiffinin rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək.

Səfərdə baş tutacaq görüşə isə belçikalı hakimlər təyinat alıblar - matçın baş hakimi Bram Van Drişşe olacaq.

Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu iyulun 23-də Bakıda, cavab matçı isə bir həftə sonra Sofiyada keçiriləcək.
Популярный ролик