FIFA reytinqində Azərbaycan millisi gerilədi

FIFA reytinqində Azərbaycan millisi gerilədiFIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Telexeber.az xəbər verir ki, Azərbaycan millisi 1168,53 xalla hazırda 110-cu sırada qərarlaşıb.

Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib.

Buna Canni De Byazinin baş məşqçilik etdiyi komandanın yoldaşlıq görüşündə Qətərə 1:2, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzması səbəb olub.

Yığmanın A qrupundakı rəqiblərindən Portuqaliya 1166,12 xalla 5-ci pillədə qalıb. 5 pillə irəliləyən Serbiya 1512,9 xalla 25-ci, 5 sıra geriləyən İrlandiya millisi 1427,22 xalla 47-cidir.

Lüksemburq isə 2 pillə irəliləyib. Komanda 1244, 86 xalla 96-cı yerdədir.

1505,05 xala malik Türkiyə millisi 3 pillə irəliləyərək 29-cu olub.

Reytinqin ilk 3 pilləsində Belçika (1783, 38), Fransa (1757,3) və Braziliya (1742, 65) yer alıb.(Report)
Популярный ролик