Levandovski susqunluğunu pozdu: "Messi dürüst olsun"
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Lionel Messi bu il də "Qızıl top" mükafatının qalibi olaraq karyerasında 7-ci dəfə öz rekordunu yeniləyib.
Telexeber.az xəbər verir ki, sosial şəbəkələrdə futbolsevərlər Messinin bu dəfə mükafata layiq olmadığını qeyd edərək etiraz ediblər. Budəfəki etiraz da “Bavariya”nın hücumçusu Robert Levandovskindən gəlib. Belə ki, o “Qızıl top” mükafatının PSJ-nin oyunçusu Lionel Messiyə verilməsinə münasibət bildirərkən məyus olduğunu, qazanmağa çox yaxın olduğunu bildirib:
"Messinin oyun tərzinə və qazandıqlarına hörmətlə yanaşıram. “Qızıl top” uğrunda onunla yarışmağım bir futbolçu kimi hansı səviyyədə olduğumu göstərir. Mükafatlandırma zamanı Messinin haqqımda dediklərinin boş sözlər deyil, dürüst olmasını istəyirəm".
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldo "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz hesab edib. 36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazaraq etirazını bildirib.