Azərbaycan-Latviya oyununun hakimləri bilindi
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları məlum olub.
Telexeber.az xəbər verir ki, qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Trustin Farrugia Kanna laynsmanlar qismində Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha icra edəcək.
Qeyd edək ki, martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.