Federasiyadan trans idmançı ilə bağlı ŞOK QƏRAR: Kişilərlə yarışsın yoxsa qadınlarla...

Federasiyadan trans idmançı ilə bağlı ŞOK QƏRAR: Kişilərlə yarışsın yoxsa qadınlarla...Beynəlxalq Üzgüçülük Federasiyası idman dünyasında müzakirələr yaradan Lia Tomas adlı trans qadınla bağlı qərarını açıqlayıb.


Telexeber.az xəbər verir ki, federasiya amerikalı Lia Tomasın qadınlar deyil, kişilər kateqoriyasına mübarizə aparmasına qərar verib. Bu qərar idmançının etirazına səbəb olub. O, özünün qadın olduğunu ifadə edib. Məlumata görə, federasiya rəsmiləri arasında məsələ ilə bağlı səsvermə keçirilib. Əksəriyyət Lia Tomasın kişilər kateqoriyasında mübarizə aparmalı olduğunu dəstəkləyib. Federasiya hesab edib ki, Lia yeniyetməlik dövrünü oğlan kimi keçirdiyinə görə, o, qadınlar kateqoriyasında mübarizə apara bilməz.

Qeyd edək ki, Lia Tomas 3 il əvvəl cinsini dəyişərək qadınlar kateqoriyasına mübarizəyə qoşulub.

O, qadınlar kateqoriyasında ən yaxın rəqibini 38 saniyə fərqlə keçərək çempion olub.
Популярный ролик