İran 2-6 hesablı məğlubiyyətin əvəzini restorandan çıxdı - SƏRT QƏRAR
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın paytaxt Tehranda İngiltərə oyunu ilə bağlı paylaşıma görə nüfuzlu restoranı bağladığı məlum olub.
Telexeber.az xəbər verir ki, bu barədə Anadolu agentliyi yerli mənbələrə istinadən xəbər verib. Bildirilir ki, paytaxtın tanınmış ərazisində yerləşən restoran İran-İngiltərə oyunu ilə bağlı sosial mediada Avropa təmsilçisini dəstəkləyən paylaşım edib. İranın rəsmi dairələri buna görə də restoranı tamamilə bağlayıb. Restoranın adı açıqlanmır.
Qeyd edək ki, İran millisi İngiltərəyə 2-6 hesabı ilə məğlub olmuşdu.