Azərbaycanda iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb
- 18.03.2021, 09:15,
- İqtisadiyyat
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib.
Dövlət Xidmətindən Telexeber.az-a verilən məlumata görə, alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.
Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir.
7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən tanış olmaq mümkündür.