Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək

Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcəkSahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası arasında memorandum imzalanıb.

Telexeber.az bu barədə ASK-a istinadən xəbər verir.
Məlumata görə, sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və s. məsələləri əhatə edir.

Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti imzalayıb.

İmzalanma mərasimində qeyd olunub ki, bu saziş ölkələrimiz arasında sahibkarların əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxaracaq. Qarşılıqlı ticarət əlaqələrinin artırılması üçün görülən işlər barədə qısa müzakirələr aparılıb. X.Bhatti bildirib ki, Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı şəkildə ixrac-idxalı ilə bağlı sənəd hazırlanır və həmin məhsulların müəyyənləşdirilməsində ASK da öz təkliflərini verə bilər.

Məsələ ilə bağlı ASK-nın mətbuat xidmətinin rəhbəri İlhamə Xanlarqızı "Report"a bildirib ki, təmsil etdiyi qurum məhsulların imtiyazlı şəkildə idxal-ixracına dair təklif vermələri üçün öz üzvlərinə müraciət edib: "Konfederasiya əsasən ixracla məşğul olan sahibkarlardan gələn məlumatlar əsasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası qarşısında təkliflər irəli sürəcək. Bununla bağlı üzvlərimizə müraciət etmişik. Onlardan topladığımız məlumat əsasında biz Palataya müəyyən təkliflər verəcəyik. Özümüzdə bu barədə müəyyən araşdırmalar var. Amma həmin araşdırmalar əsasında deyil, sahibkarların irəli sürdüyü fikirlərdən çıxış edərək öz təkliflərimizi etmək istəyirik. Əsasən kənd təsərrrüfatı, eləcə də sənaye məhsullarına üstünlük verəcəyik. Pandemiyadan sonra müəyyən sahələrdə fərqlər yaranıb. İxracda da, idxalda da müəyyən dəyişikliklər var. Ona görə də bizə yeni datalar lazımdır ki, həmin datalar əsasında işimizi aparaq. Bizim ixracla bağlı bir neçə favorit məhsulumuz var. Amma indi konkret məhsul növü deyə bilmərəm".
Популярный ролик