Qadınlar kişilərdən daha çox yatmalıdır - SƏBƏB

Qadınlar həqiqətən kişilərdən daha çox yatmalıdırlar. Bu, rəsmi olaraq elmi tədqiqatlar nəticəsində sübut edilmişdir.

Telexeber.az Medicina.az-a istinadən xəbər verir ki, Dyuk Universitetinin alimləri eyni vaxtda bir neçə işin öhdəsindən gəlmək zərurəti üzündən qadınların daha çox yorulduğunu sübut edib.
Məlumdur ki, yuxusuzluq insan sağlamlığı üçün çox zərərlidir, bu, iltihab, ürək xəstəlikləri və insult ilə əlaqələndirilir.

Amerikalı alimlər sübut ediblər ki, qadınlar buna daha çox ehtiyac duyurlar. Onlarda uzun yuxu ehtiyacı çoxlu iş görmək, yəni eyni anda bir neçə işi yerinə yetirmək qabiliyyəti ilə bağlıdır.

Zərif cinsin nümayəndəsi ailə üçün şam yeməyi bişirir. Eyni zamanda uşaqlara baxır və əri ilə məşğul olur. Kişilər isə yalnız bir şeyi effektiv şəkildə edə bilirlər.

Bununla belə, bir çox funksiyanı eyni anda yerinə yetirən beyinə daha çox yük düşür. Bu da öz növbəsində daha uzun bərpa ehtiyacı yaradır.

Çünki yuxunun əsas vəzifəsi məhz beynin bərpası və onun “təmiri”dir. Bu səbəbdən qadınlar kişilərdən daha çox yatmalıdırlar.

Tədqiqatın müəllifi, yuxu mütəxəssisi doktor Maykl Breus müəyyən edib ki, yuxusuzluq qadın orqanizmində elə güclü iltihabi proseslərə səbəb olur ki, yuxusuz qalan xanımlar bəzən səhərlər eyni saatda oyanır, əsl fiziki ağrılar yaşayırlar.

Bundan əlavə, az yuxu qadınları əsəbi və depressiyaya meylli edir. Əgər qadın gecələr kifayət qədər (7-8 saat) yatmırsa, o zaman gün ərzində yuxuya getməyə vaxt tapmalıdır. Ancaq 90 dəqiqədən çox deyil. Həddindən artıq gündüz yuxusu yalnız ümumi yuxululuğu artırır.
Популярный ролик