Son bir ildə 5 mindən çox zəhərlənmə olub
- 24.05.2024, 11:37,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+
Son bir ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 5 min 548 nəfər qəbul edilib.
Telexeber.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzi (KTM) məlumat yayıb.
Bildirlib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək rəqəm hesab edilir.
Məlumatda onlardan 500-nün uşaq, 2 min 20-sinin kişi, 3 min 28-nin qadın olduğu vurğulanıb:
"Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında aparılan müayinə və müalicə proseslərindən sağalalıblar. Bunlar arasında dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri halları üstünlük təşkil edib", - deyə qeyd edilib.