“İnsan sağlamlığına həsr olunan ömür: Dr. Jalə Qarayevaya bayram təbriki”


17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ölkəmizin səhiyyə sahəsində çalışan bütün fədakar tibb işçilərini təbrik edirik. Bu əlamətdar gündə insan sağlamlığının keşiyində dayanan, peşəsinə böyük məsuliyyət və vicdanla yanaşan həkimlərdən biri olan Dr. Jalə Qarayevanın fəaliyyəti xüsusi diqqət çəkir.

Hazırda Bakı şəhərində yerləşən, yüksək tibbi xidmətləri ilə seçilən Referans Həyat Hospital tibb müəssisəsində nevroloq və EEQ üzrə mütəxəssis kimi fəaliyyət göstərən Dr. Jalə Qarayeva uzun illər ərzində qazandığı bilik və təcrübəni insanların sağlamlığı naminə səfərbər edir. O, Azərbaycan Tibb Universitetinin məzunu olmaqla yanaşı, Türkiyənin Ankara Gazi Xəstəxanasında və Epilepsiya Mərkəzində ixtisaslaşaraq peşəkar inkişaf yolunda mühüm nailiyyətlər əldə edib.

Xəstələrinə göstərdiyi diqqət, humanist münasibət və peşəkarlıq Dr. Jalə Qarayevanı yüzlərlə insanın etibar etdiyi həkimlərdən birinə çevirib. Baş ağrıları, epilepsiya, yuxu pozuntuları, yaddaş problemləri və digər nevroloji xəstəliklərin müalicəsində göstərdiyi fəaliyyət onun peşəsinə nə qədər bağlı olduğunu nümayiş etdirir.

Tibb sahəsində uğur yalnız bir şəxsin deyil, bütöv bir kollektivin əməyinin nəticəsidir. Referans Həyat Hospitalın həkimləri, tibb bacıları və digər səhiyyə əməkdaşları gecə-gündüz çalışaraq insanların sağlamlığı və həyatının qorunmasına xidmət göstərirlər. Müasir tibbi imkanları və peşəkar heyəti ilə seçilən bu tibb müəssisəsi paytaxt sakinlərinin etimad göstərdiyi ünvanlardan biridir.

Telexeber.az kollektivi adından Dr. Jalə Qarayevanı və Referans Həyat Hospitalın bütün əməkdaşlarını 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, peşə fəaliyyətlərində yeni uğurlar, tükənməz enerji və müqəddəs Hippokrat andına daim sədaqət arzulayırıq.

İnsan sağlamlığını hər şeydən üstün tutan, ağ xalatın şərəfini qoruyan bütün tibb işçilərinin bayramı mübarək olsun!
Популярный ролик